Britaniyalı parlamentari SEPAH-ın terrorçu qruplar siyahısına salınmasını tələb edib
“Statistikaya görə, bir neçə gün ərzində İranda 1500 etirazçı öldürülüb. Lakin Qərb hökumətləri və insan haqları təşkilatları tərəfindən bu qətlin pislənməsinə baxmayaraq, Tehran hökumətinə qarşı beynəlxalq təzyiqlərdə ciddi artım müşahidə olunmayıb. SEPAH indi Britaniyanın həm daxildə, həm də xaricdəki maraqlarına böyük təhlükə yaradır”, - Cons yazıb.
Avqustun ortalarında “London Sunday Times” qəzeti öz hesabatında Britaniyanın Daxili İşlər nazirinin SEPAH-ın buradakı nüfuzuna dair yeni sübutların ardınca, ölkənin milli təhlükəsizliyinə ən böyük təhlükə olduğuna inandığını yazıb. O, SEPAH-ın Böyük Britaniyada fəaliyyətinin artırılması ehtimalından və burada İran müxalifətini hədəf almaq üçün Tehranın casusları tərəfindən mütəşəkkil cinayətkar dəstələrin cəlb edilməsi ilə bağlı kəşfiyyat hesabatlarından da narahatdır.
İyunun əvvəlində Britaniya parlamentində hökumətin İranla bağlı siyasətinin müzakirə edildiyi iclasda bəzi deputatlar SEPAH-ın terrorçu fəaliyyətini, onun Yaxın Şərq regionunda, bütün dünyada və hətta Böyük Britaniya daxilindəki təhdidlərinivurğulayaraq, onu terrorçu təşkilat adlandırmağa çağırıblar.
AzVision.az