Misir Rusiyadan təxminən yarım milyon ton buğda alıb

Misir Rusiyadan təxminən yarım milyon ton buğda alıb
  04 Sentyabr 2023    Oxunub:1201
Dünyanın ən böyük buğda idxalçılarından biri olan Misir Rusiyadan aktiv şəkildə taxıl almağa davam edir.
Bu barədə Reuters agentliyi dörd şəxsi treyderə istinadən məlumat yayıb. Misirin dövlət taxıl şirkəti GASC maya dəyəri və yük (CFR) şərtləri ilə treyder Solarisdən təxminən 480 min ton (tonu 270 ABŞ dolları - Qeyd)Rusiya buğdası alıb. Eyni zamanda, tender hərraclarında Rusiya buğdasının CFR-də bir tonu 286,25-291 dollar arasındadır.

Ukraynada münaqişə başlayandan sonra Misir valyuta qıtlığından əziyyət çəkir və bu, ölkə iqtisadiyyatında şoklara səbəb olub. Misir son vaxtlar dünya bazarındakı vəziyyət fonunda daha yaxşı qiymətlər əldə etmək üçün taxıl alışı üzrə tenderlərdən birbaşa sövdələşmələrə keçib.

AzVision.az


Teqlər:





Xəbər lenti