“Məclis” Araşdırmalar Mərkəzi: Rəisi hökumətinin borcları 61% artıb
Hökumətin və dövlət şirkətlərinin ötən ilin sonuna qədərki ümumi borcları 3138 trilyon tümən həcmindədir ki, bu da İranın ÜDM-nin 29%-nə bərabərdir.
Amma Beynəlxalq Valyuta Fondu (BVF) ötən il üçün İran hökumətinin borcunun ÜDM-ə nisbətini təxminən 34% və ya 120 milyard dollar səviyyəsində qiymətləndirib.
İbrahim Rəisi prezident seçkiləri zamanı likvidliyə nəzarət etməklə inflyasiyanı cilovlamaq üçün hökumətin borc almasını dayandıracağına söz versə də, dövlətin borcları və borclardakı sıçrayışlar tam başqa reallıqdan xəbər verir.
O, həmçinin bu yaxınlarda “ölkənin bütün iqtisadi göstəricilərinin artım yolunda olduğunu” iddia edirdisə, son statistik rəqəmlər dövlət borcunun 3,1 trilyon tüməndən çox olduğunu göstərir.
Dünya Bankının hesablamalarına görə, ötən il İranda inflyasiya 49% təşkil edib və İranda ərzaq qiymətlərinin artımı səviyyəsinə görə, Venesuela, Livan, Zimbabve və Argentinadan sonra dünyada ən yüksək “uğura” imza atıb.
AzVision.az