Putin: "Akkuyunun ilk bloku gələn işə salınacaq"
Putinin sözlərinə görə, Türkiyə “beynəlxalq nüvə dövlətləri klubu”nun tamhüquqlu üzvü olub və əgər hər şey plan üzrə getsə, o zaman AES-in birinci blokunun işə salınmasından sonra iki ölkə arasında əməkdaşlıq üçün maraqlı imkanlar açılacaq.
O əlavə edib ki, Rusiya ilə Türkiyənin enerji sahəsində olan əməkdaşlığı inkişaf edir.
“Biz enerji sektorunda çox inamla irəliləyirik, hər iki tərəfdən əsas təchizatçılar və istehlakçılar arasında razılaşmalar əldə olunub”, - Putin qeyd edib.
Qeyd edək ki, Akkuyu Türkiyənin ilk atom elektrik stansiyasıdır və hər birinin gücü 1200 MVt olan dörd enerji blokundan ibarət olacaq. Layihəni tam şəkildə Rusiya tərəfi maliyyələşdirir – “Rosatom” dövlət korporasiyası layihədə 100% paya malikdir, dəyəri 20 milyard dollardır. AES-in tikintisinə 2018-ci ilin aprelində başlanılıb. Bu il Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin "Akkuyu"ya ilk yanacaq partiyasının təslim mərasimini keçirib.
Tural Tağıyev
AzVision.az