Məsələn, enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan "Mamul" saytına verdiyi açıqlamada deyib ki, “Qarabağ ermənilərinin problemini humanitar böhran kimi təqdim etmək yanlış siyasətdir. Bu, həm strateji, həm də taktiki baxımdan son dərəcə təhlükəlidir. Belə təbliğat yolu seçiləndə, problemin statusu əhəmiyyətli dərəcədə azalır, Qarabağ məsələsini sadəcə dünyadakı bir sıra humanitar böhranlara məruz qalmış bölgələr kimi qəbul edirlər. Vəssalam".
O müqayisə də aparıb ki, Malidə 5 milyona yaxın uşağın humanitar yardıma ehtiyacı var. BMT-nin Uşaq Fondunun məlumatına görə, onlardan 200 minə yaxını ilin sonuna qədər aclıqdan ölə bilər.
Bu kimi məsələlər qala-qala Qarabağdakı hansısa "humanitar problem" diqqət çəkməz: "Hazırda yaranan Qarabağ problemi humanitar deyil, humanitar komponentə malik geosiyasi məsələdir”.
Tural Tağıyev
AzVision.az