Rusiyada Nobel mükafatı laureatı xarici agent elan olundu

Həmçinin, Ədliyyə Nazirliyinin məlumatına görə, jurnalist “Rusiya Federasiyasının xarici və daxili siyasətinə mənfi münasibət formalaşdırmaq məqsədi daşıyan fikirləri yaymaq üçün xarici platformalardan istifadə edib”.
Dmitri Muratov Nobel mükafatını 2021-ci il dekabrın 10-da alıb. Filippinli jurnalist Maria Ressa da mükafata layiq görülüb. Onlar demokratiya və davamlı sülh üçün zəruri şərt olan söz azadlığının qorunması sahəsində göstərdikləri səylərə görə mükafatlandırılıblar.
2022-ci ilin iyununda Muratovun Nobel medalı ABŞ-da hərracda 103,5 milyon dollara satılıb. Jurnalist bildirib ki, satışdan əldə olunan bütün pullar ukraynalı qaçqınlara kömək etmək üçün fonda köçürüləcək. UNICEF vəd edib ki, vəsait Ukraynadan olan qaçqın uşaqların olduğu bütün ölkələrə ayrılacaq.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: