Tehran Beyruta məsləhət verir

Livanlı həmkarı ilə görüşdən sonra İranın Xarici İşlər naziri jurnalistlərə müsahibəsində ikitərəfli münasibətlərin inkişafı barədə razılığa gəlindiyini və Tehranın Livana hər hansı kənar müdaxilənin əleyhinə olduğunu açqılayıb.
“Bu gün livanlı həmkarımla mühüm müzakirələr apardım, daha çox əməkdaşlıq məsələləri üzərində işləmək barədə razılığa gəldik. Biz bir daha Tehranın Livanla iqtisadi əməkdaşlığa hazır olduğunu elan etdik. Livan regionda mühüm mövqeyə malikdir, Livanla əməkdaşlıq edən istənilən ölkə bu əməkdaşlıqdan faydalanacaq. Şübhəsiz ki, İran başqa ölkələrə, o cümlədən Livana hər hansı xarici müdaxilənin əleyhinədir. Prezidentin seçilməsi məsələsi Livanın daxili məsələsidir”, - Əmir Abdullahiyan deyib.
Onun sözlərinə görə, İran Livan üçün xeyirdən başqa heç nə istəmir. Livanın siyasi partiya və qruplarının yüksək vəzifəli şəxslərinə isə Tehran hökumətin qurulması üçün razılaşmanı sürətləndirməyi tövsiyyə edir.