AzVision.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti
məlumat yayıb. Nəşr siyasətçinin Nyu-York ştatının baş prokuroru Letitia Ceymsə bağlı qapılar arxasında verdiyi ifadənin lent yazısına istinad edib.
“Şimali Koreya ilə məşğul olmasaydım, sizdə "nüvə Holokostu" olacaqdı. Düşünürəm ki, mən seçilməsəydim, nüvə müharibəsi ilə üzləşəcəkdiniz”, – nəşr Amerikanın keçmiş liderindən sitat gətirir.
Bundan əlavə, Tramp Ağ Evdə qalmasını “milyonlarla insanın həyatını xilas edən dünyanın ən vacib işi” adlandırıb.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp Co Baydenin başçılıq etdiyi hazırkı administrasiyanın ABŞ-ı banan respublikasına çevirdiyini demişdi.
Tural Tağıyev
AzVision.az