Yaşar Gülər: ““KAAN”ın istehsalı ilə bağlı Azərbaycanla müqavilə imzalanıb”

"Bir növ bizə yaxşılıq etdilər. Biz də "Kaan" istehsal edirik. Dost və qardaş ölkələr də bu layihədə tərəfdaş olmaq üçün səy göstərirlər. Azərbaycanla müqavilə imzalanıb, Pakistanla imzalanacaq, həmçinin başqa ölkələr də var. Onlar da gələcək.
"Hürjeti" ən qısa zamanda istismara vermək və yerli və milli təyyarələrimizlə gənc pilotlar yetişdirmək istəyirik. İnşallah türk ulduzları səmamızda onlarla birlikdə uçmağa başlayacaq.
SİHA-lara gəlincə, indi bütün dünya bu məhsulların imkanlarını və effektivliyini qəbul edib. Həm TUSAŞ, həm də BAYKAR bütün dünyada üstünlük verilən məhsullara çevrilib Bütün fabriklərimiz və istehsal müəssisələrimiz tələbləri ödəmək üçün gecə-gündüz işləyir. Çünki tələbat çoxdur".
AzVision.az
Teqlər: