Britaniya alimləri "X pandemiya"ya qarşı peyvənd hazırlayırlar

   Britaniya alimləri    "X pandemiya"ya qarşı   peyvənd hazırlayırlar
  08 Avqust 2023    Oxunub:2130
Britaniya alimləri “X xəstəliyi” adlandırdıqları yeni potensial xəstəliyə qarşı sığortalanmaq üçün vaksinlər hazırlayırlar. Bununla bağlı hazırda Uiltşirdəki Porton Daun hökumət laboratoriya kompleksində 200-dən çox alim xüsusi layihə üzərində işləyir.
Onlar insanlara keçə və tez bir zamanda bütün dünyaya yayıla bilən təhlükəli heyvan viruslarının siyahısını tərtib ediblər. Amma bu xəstəliklərin hansının növbəti pandemiyaya çevriləcəyi hələlik məlum deyil. Ona görə də yeni xəstəlik “X” adlandırılıb.

Sky News-un jurnalistləri təcrid şəraitində tədqiqatların necə aparıldığını görmək üçün Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin nəzarəti altında olan laboratoriyada olublar.

Dünya əhalisinin yarısı təhlükədədir - Yeni virus ölümcül ola bilər
Alimlər hazırda gəmiricilər və digər heyvanlar tərəfindən yayılan quş qripi, meymun çiçəyi və hantavirus da daxil olmaqla bir neçə yüksək riskli patogenləri araşdırılar. "Planeta Today" isə yazır ki, bu istiqamətdə ilk uğurlardan biri gənələrin törətdiyi və ölümcül faizi yüksək olan Krım-Konqo hemorragik qızdırmasına qarşı dünyada ilk vaksinin hazırlanmasıdır.

Bu peyvəndin klinik sınaqları ilkin mərhələdədir və 24 könüllü üzərində sınaqdan keçiriləcək. Qlobal temperaturun artması xəstəliyin yayılmasına kömək edir və bəzi səyahətçilər artıq məlum infeksiyaya yoluxaraq İngiltərəyə qayıdıblar.

Hazırda isə yeni pandemiyanın yaranması üçün əsas təhlükə "Quş qripi" sayılır. "Royal Society for the Protection of Birds" Böyük Britaniyada H5N1 xəstəliyindən xeyli sayda dəniz quşunun öldüyünü bəyan edib. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi virusun simptomlar olmadan yayılmasını nəzərə alaraq quşlarla yaxın təmasda olan insanları izləməyə başlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Vaksin   Britaniya  





Xəbər lenti