ABŞ idarə olunan raketlərin istehsalında Avstraliyaya yardım edəcək
Onun sözlərinə görə, iki ildən sonra yeni raketlərin istehsalına başlamaq planlaşdırılır.
"Biz Avstraliyanın müdafiə sənayesi ilə bir sıra qarşılıqlı faydalı təşəbbüslər, o cümlədən 2025-ci ilə qədər Avstraliyaya idarə olunan çoxsaylı buraxılış raket sistemləri istehsal etməyə kömək etmək öhdəliyi götürürük", - Ostin deyib.
Pentaqon rəhbəri qeyd edib ki, ABŞ, həmçinin Avstraliyanın prioritet döyüş sursatlarına çıxışını sürətləndirir, onları əldə etmə prosesini sadələşdirir.
Qeyd edək ki, Lloyd Ostin və ABŞ dövlət katibi Antoni Blinken Avstraliya-Amerika Nazirlərinin illik Dialoqu (AUSMIN) üçün Kvinslenddədir.
AzVision.az
Teqlər: ABŞ Avstraliya