Koronavirusun beyinə ölümcül təsiri araşdırılıb
Doktor Avindra Naz COVID-19-dan ölən 13 nəfərin beynini skan edib və antikorla örtülmüş qan damarlarında əhəmiyyətli zədə aşkar edib.
Doktor Ues Eli əmindir ki, SARS-CoV-2 orqanizmin normal fəaliyyətini təmin edən beyindəki "köməkçi hüceyrələrə" hücum edir. Bu dəstəkləyici hüceyrələrin zədələnməsi, nəticədə beyin toxumasının ölümünə səbəb olan "domino effekti"nə səbəb ola bilər.
Tədqiqatçılar belə bir fərziyyə irəli sürüblər ki, qanduruldan dərmanlar kiçik “mikro laxtaları” parçalamağa kömək edir. Çox güman ki, bu, yorğunluq, beyin dumanı və diqqəti cəmləməkdə çətinlik kimi post-COVID sindromunun bəzi simptomlarını yüngülləşdirəcək.
AzVision.az
Teqlər: