Bakıda 42 nəfərə qarşı 862 minlik DƏLƏDUZLUQ

Bakıda 42 nəfərə qarşı 862 minlik    DƏLƏDUZLUQ
  06 İyun 2023    Oxunub:1207
Bakıda 42 nəfərə qarşı dələduzluq edilib.
Məlumata görə, Bayramov Rəşid Füzuli oğlu və Əliyev Vüqar Ədalət oğlu barəsində Cinayət Məcəlləsinin 178.4-cü maddəsilə (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) cinayət işi açılıb.

Məlumata görə, onlar kriptovalyuta vasitəsilə 42 nəfəri aldadıblar. Belə ki, R. Bayramov və V. Əliyev zərərçəkmişləri kriptovalyutalardan pul qazanmaq adı ilə aldadaraq, onların ümumilikdə 861 min 938 manat vəsaitini ələ keçiriblər.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.(Lent.az)

AzVision.az



Teqlər: Dələduzluq  





Xəbər lenti