İran “məcburi hicab” mübaribəsini uduzur

   İran    “məcburi hicab”    mübaribəsini uduzur
  28 May 2023    Oxunub:1209
İbrahim Rəisi hökumətinin parlamentə təqdim etdiyi “İffət və hicab” qanun layihəsindəki sərt cəzalar belə qadın azadlıqları mübarizəsini dayandıra bilmir. Ölkədə məcburi hicaba etiraz qarşı əhval-ruhiyyə o qədər gözlüdür ki, hətta hakimiyyət rəsmiləri öz acizliklərini etiraf etmək məcburiyyətində qalırlar.
AzVision.az “Rəsa” xəbər agentliyinə istinadən bildirir ki, İran Mədəni İnqilabı Ali Şurasının katibi Əbdülhüseyn Xosrovpənah Qum şəhərindəki seminariyada çıxışında İran hakimiyyətinin bu müstəvidə üzləşdiyi çatinliklərdən danışıb. O qeyd edib ki, hicabsız qadınların həbs edilməli olduğu doğrudur. Lakin bu qadınlar çox olduğundan onları həbs etmək mümkün deyil.

“Mövcud qanuna görə, hicabı açan şəxs cinayətkar sayılır və ədliyyə məmuru onu saxlamalıdır. Daha sonra o, məhkəməyə çağırılmalı, özünə vəkil tutmalı və sonda qanuna əsasən cərimələnməlidir. Lakin belə şəxslərin sayın nəzərə alsaq bu qanunu həyata keçirmək mümkün deyil. Hakimiyyətin, xüsusilə də polis qüvvələrinin hərəkətlərinə baxmayaraq, hicabsız qadınların varlığında arzuolunan azalma baş verməyib” - Xosrovpənah deyib.

Yeri gəlmişkən, Xosrovpənahın hicabsız qadınların sayının artıdığını etiraf etməsi ilk dəfə deyil. Bir müddət əvvəl o, yayda qadınların küçələrdə və ictimai yerlərdə hicab örtməyəcəyi ilə bağlı yüksək statistikanın olacağını da proqnozlaşdırmışdı.

AzVision.az


Teqlər: İran   hicab  





Xəbər lenti