Bayden Makkarti ilə büdcə məsələsində razılığa gəldi

Bayden Makkarti ilə büdcə məsələsində razılığa gəldi
  28 May 2023    Oxunub:1128
ABŞ Prezidenti Cozef Bayden Konqresin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə büdcə məsələsində razılığa gəlib.
ABŞ lideri bu barədə tviterdəki hesabında yazıb. “Bu axşam (yerli vaxtla-red) spiker Makkarti (Nümayəndələr Palatasının spikeri Kevin Makkarti-red) ilə büdcə ilə bağlı prinsipial razılığa gəldik. Bu, işləyən insanlar üçün kritik proqramları qorumaq və hamı üçün iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, xərclərin azaldılması istiqamətində irəliyə doğru atılmış mühüm addımdır. Növbəti gün danışıqlar qruplarımız qanunvericilik mətnini yekunlaşdıracaq, razılaşma Birləşmiş Ştatların Nümayəndələr Palatasına və Senatına təqdim olunacaq”, - Bayden qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti