"Sabah bütün seçicilər qazanacaq" - Ərdoğan

   "Sabah bütün seçicilər qazanacaq" -    Ərdoğan
  27 May 2023    Oxunub:1086
Sabah elə bir qələbə qazanacağıq ki, kirli əllər xaricində, heç kim uduzmayacaq. Elə bir qazanacağıq ki, Qəndildən Türk siyasəti dizayn etmək istəyənlər xaricində heç kim üzülməyəcək. Bütün Türkiyə və millətimiz, demokratiya qazanacaq. Hansı siyasi partiyaya səs verilməsindən asılı olmayaraq bütün seçicilər qazanacaq.
AzVision.az xəbər verir ki, bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın mayın 27-də İstanbul Beykozda təşkil etdiyi mitinqində çıxışı zamanı deyib.

"Ölkə xaricdəki 2 milyon vətəndaşımız öz səslərini veriblər. PKK-nın bütün təhdidlərinə baxmayaraq xaricdəki vətəndaşlarımız geri addım atmayıb və vətəndaşlıq vəzifələrini yerinə yetiriblər”, - o, vurğulayıb.



AzVision.az


Teqlər:





Xəbər lenti