FHN sel və daşıqanla bağlı əhaliyə müraciət edib

FHN sel və daşıqanla bağlı əhaliyə müraciət edib
  27 May 2023    Oxunub:908
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, xəbərdarlıq yaxın günlərdə hava şəraitinin qeyri-sabit keçməsi ilə bağlıdır.
“Məlumat verildiyi kimi, respublikanın qərb bölgəsinə yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yaxın günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyini, bəzi ərazilərdə leysan xarakterli yağışlarla əlaqədar dağ çaylarından qısamüddətli sel və daşqın keçmə ehtimalını nəzərə alaraq müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır”, - Nazirlikdən bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti