Sədərəkdə evlərə yağış suları dolub - VİDEO

Sədərəkdə evlərə yağış suları dolub -    VİDEO
  27 May 2023    Oxunub:3150
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində güclü yağış səbəbindən bəzi fərdi yaşayış evlərinə yağış suları dolub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə ilə əlaqədar dərhal əraziyə cəlb olunub, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülüb.



Bundan əlavə, intensiv yağışların Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində törətdiyi fəsadların aradan qaldırılması tədbirləri də davam etdirilir.


AzVision.az


Teqlər:





Xəbər lenti