İranlı ailələr ölüm hökmlərinin dayandırılmasını tələb edib

   İranlı ailələr ölüm hökmlərinin dayandırılmasını tələb edib
  27 May 2023    Oxunub:853
Son vaxtlar İranda edamların sayının şəkildə artması və hətta yetkinlik yaşına çatmayan uşaqların belə ölümə məhkum edilməsi həm ölkə daxilində, həm də dünya ictimaiyyətində kəskin etirazlara səbəb olur.
AzVision.az xəbər verir ki, bir qrup iddiaçı ailə bəyanat yayaraq beynəlxalq ictimaiyyətdən, dünyanın bütün insan haqları təşkilatlarından və qurumlarından İranda hökumət qətllərinin, edam dalğasının dərhal dayandırılması, etirazçıların ölüm hökmlərinin ləğvi üçün hər cür tədbir görmələrini və hərəkətə keçmələrini xahiş ediblər.

“Biz, müraciət edənlər, siz hörmətli insanlardan, bütün tələbkar təşkilatlardan və dünyanın bütün hüquq müdafiəçilərindən xahiş edirik. Edam hökmlərini ləğv etmək və yaxınlarımızın həyatını xilas etmək üçün bizə qoşulun və İranda ölüm hökmlərini dayandırmaq üçün hər cür cəhdi göstərin. Dəfələrlə dediyimiz kimi, hamımız birlikdəyik və birlik və yekdilliklə ölüm hökmlərinin ləğvini tələb edirik”, - müraciətdə deyilir.

Həmin ailələr 43 ildən artıqdır ki, hökumətin fərmanları ilə insanların edam edilməsi və öldürülməsi kimi dərin yaranın cəmiyyətin bədənini və ruhunu bıçaqladığını, insanların ruhlarına hər gün daha dərin yaralar vurduğunu bildiriblər.

- Son bir neçə həftədə artan edam dalğası qadın hüquqları, həyat, azadlıq fəryadı ilə küçələrə çıxan etirazçılardan qisas almaqdır. Biz, bədənlərində və ruhlarında sevdiklərini küçədə, dar ağacında, itirmək kimi dərin yaralar olan ailələr, insanların edamını və öldürülməsinin dayandırılması, bütün edam hökmləri dərhal ləğv olunması üçün fəryad edirik”, - bəyanatda vurğulanır.

AzVision.az




Teqlər: İran   edamlar  





Xəbər lenti