Roma Papası: `Fələstin dövləti yaradılsın!`

Roma Papası: `Fələstin dövləti yaradılsın!`
  27 May 2014    Oxunub:1847
Papa Fələstinin müstəqilliyini tanıyıb.
Roma Papası Fransisk Yaxın Şərqə 3 günlük səfəri çərçivəsində Fələstin Muxtar Respublikasında olub.

AzVision.az-ın məlumatına görə, papa muxtariyyətin lideri Mahmud Abbasla da görüşüb.

Betlehemdə keçirilən görüş zamanı pontifik Fələstin dövlətinin yaradılmasının vaxtının çatdığını bildirib.

Roma Papasının bu bəyanatı bir çox siyasətçilər üçün gözlənilməz olub. Görüş zamanı o bildirib ki, bu ərazidə illər boyu davam edən münaqişənin həll edilməsi üçün ayrıca, müstəqil Fələstin dövləti yaradılmalıdır.

Roma Papasının fikrincə hazırda vəziyyət dalana dirənib və müntəzəm hərbi münaqişələrə son qoymaq üçün həll yolları tapılmalıdır.

Qeyd edək ki, Roma Papası Fələstin Muxtariyyətinə İsraildən deyil, birbaşa yolla gəlib. Bu da Fələstin Administrasiyası tərəfindən yüksək qiymətləndirilib.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti