ABŞ səhvən kəşfiyyatçısını ifşa etdi
Səfərlə bağlı gözlənilməz səhvə isə Ağ Ev yol verib. Belə ki, Obamanın səfəri zamanı keçirilmiş brifinqə qatılanlarla bağlı mətbuata məlumat göndərən Ağ Ev yanlışlıqla siyahıya ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Əfqanıstan üzrə büro rəisinin də adını salıb. Bu isə məxfi xidmət orqanı rəhbərinin faktiki olaraq ifşa olunması anlamına gəlir.
ABŞ-da şok effekti yaradan bu yanlışlıq mətbuata ötürüləndən sonra aradan qaldırılsa da bu məsələ sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında qızğın müzakirələrə səbəb olub.
Yanlışlıq üzündən ifşa olunan MKİ rəisinin Əfqanıstandakı vəzifəsindən geri çağırılacağı gözlənilir. Lakin bununla bağlı hələ ki, rəsmi açıqlama verilməyib. (Virtualaz.org)