NASA kosmik stansiyanın orbitdən çıxacağı vaxtı açıqladı
"O, qocalır və biz onu deorbitə çıxaracağıq. Bunu 2030-2031-ci illərdə edəcəyik".
Nelson xatırladıb ki, BKS fəaliyyətini başa vurduqdan sonra Yerə yaxın orbitdə özəl kommersiya stansiyaları fəaliyyət göstərəcək.
NASA rəhbəri bildirib ki, “ən böyük ironiyalardan biri” ABŞ-ın Ukraynadakı vəziyyətə görə Rusiya hakimiyyəti ilə “rəftar edə” bilməsi, eyni zamanda birgə kosmik proqrama malik olmasıdır.
Qeyd edək ki, aprelin 19-da Konqres Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində çıxış edən Nelson Rusiya ilə ABŞ arasında kosmosda əlaqələrin “çox peşəkar və uğurlu” olduğunu və ABŞ-ın kosmosda Çinlə rəqabət apardığını bəyan edib.
AzVision.az
Teqlər: