Nazirlik: "5 yaşlı uşaq I sinfə gedə bilməz"

      Nazirlik:    "5 yaşlı uşaq I sinfə gedə bilməz"
  27 Aprel 2023    Oxunub:1774
“Bu il 5 yaşı olan uşaqlar I sinfə gedə bilməz".
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin ümumtəhsil məktəblər idarəsinin müdiri Orxan Abbasov deyib. Onun sözlərinə görə, onlar avqust ayında başlanılacaq məktəbəhazırlıq qruplara qəbul ola bilərlər.

"Məktəbəhazırlıq qrupunda oxuyan uşaqlar avtomatik birinci sinifə keçəcək və onların yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur".

Qeyd edək ki, mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti