Övladı birinci sinfə gedəcək valideynlərin nəzərinə
Qeyd olunub ki, digər dildə tədrisi aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən aşağıdakı meyarlar əsasında uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır:
- fikrə münasibət bildirir;
- ünsiyyət zamanı fikrini sərbəst ifadə edir;
- ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edir;
- özü, ailəsi və vətəni haqqında qısa məlumat verir;
- təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur.
Birinci sinfə qəbul qaydaları və digər məsələlərlə bağlı daha ətraflı məlumatla bu linkdən tanış olmaq mümkündür.
AzVision.az
Teqlər: Məktəb