Yanukoviç Ukraynadakı seçkiləri tanıdı
“Ukraynada növbədənkənar prezident seçkiləri keçirilib. Seçici fəallığından asılı olmayaraq ölkə əhalisi seçim etdi. Vətənimizin bu çətin günlərində edilən bu seçimə hörmətlə yanaşıram”, -deyə Yanukoviç vurğulayıb.
Yanukoviç eyni zamanda bildirib ki, seçkilərin və yeni prezidentinin leqtimliyi üçün ölkənin şərq regionlarının da iradəsi nəzərə alınmalıdır.
Ukraynada MSK səslərin 50,26 faizini hesablayıb və həmin nəticələrə əsasən Petro Poroşenko səslərin 53,26 faizini toplayaraq rəqiblərini böyük hesabla qabaqlayıb. Onun ən yaxın rəqibi Yuliya Timoşenko isə seçicilərin 13,10 %-nin səsini toplayıb.
Eldar Tanrıverdiyev
AzVision.az