Ukraynada jurnalist öldürüldü

Ukraynada jurnalist öldürüldü
  25 May 2014    Oxunub:928
Ukraynanın Andreyevka kəndində (Slavyansk) avtomobillərinə açılan atəş nəticəsində 30 yaşlı italiyalı fotoreportyor Andrea Roçelli həlak olub.
Separatçı `Donetsk Respublikası`nın təmsilçiləri faktı təsdiqləyiblər. Jurnalisti kimlərin və niyə öldürdüyü məlum deyil.

Onu müşayiət edən tərcüməçi Andrey Mironov da həlak olub.

Qeyd edək ki, 30 yaşlı Roçelli dünyanın əksər qaynar nöqtələrində olub, `ərəb baharı`ndan reportajlar hazırlayıb.

Fransalı jurnalist Viyam Roqulyon isə hadisə zamanı ağır yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti