Prokurorluq ölən fəhlə ilə bağlı cinayət işi açıb

Prokurorluq ölən fəhlə ilə bağlı cinayət işi açıb
  24 May 2014    Oxunub:1057
Bakı şəhər Prokurorluğu Ucar sakininin çoxmərtəbəli binadan yıxılıb ölməsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, mayın 23-də saat 18:00 radələrində 1980-cı il təvəllüdlü, Ucar rayon sakini Kərimov Elşad Hacıağa oğlu "Sərhədçi" Mənzil Tikinti Kooperativi tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində işləyərkən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti