NASA yeni qara dəlik aşkarlayıb

 NASA yeni qara dəlik aşkarlayıb
  08 Aprel 2023    Oxunub:1819
NASA "görünməz canavar" kimi təsvir etdiyi qalaktikalararası kosmosda çox sürətlə hərəkət edə bilən yeni qara dəlik kəşf edib. Onun "Hubble" Kosmik Teleskopu tərəfindən təsadüfən müəyyən edildiyi bildirilib.
"Görünməz canavar” olaraq xarakterizə edilən qara dəliyin Yerlə Ay arasındakı məsafəni 14 dəqiqəyə qət edəcək sürətlə hərəkət etdiyi və 20 milyon günəşi ağırlığında superkütlə olduğu qeyd edilib.

Qara dəliyin arxasında Samanyolu qalaktikasının diametrindən iki dəfə böyük və görünməmiş 200.000 işıq ili uzunluğunda yeni doğulmuş ulduzlardan ibarət iz buraxdığı bildirilib.

Qeyd edilib ki, qara dəlik qaz kütlələrini udmaq əvəzinə dar bir dəhliz boyu yeni ulduz birləşmələri meydana gəlməsinə səbəb olub.

ABŞ-ın Yale Universitetindən Pieter van Dokkum nələrisə udmağa zaman ayırmayacaq qədər sürətlə hərəkət edən və arxasında ulduzlardan buraxan qara dəlik üçün "Bu gördüyümüz nəticədir. Bir gəminin arxasındakı iz kimi qara dəlikdən geriyə qalan izləri görürük", deyib.

Van Dokkum "Hubble" teleskopunun görüntüsündə yaxınlıqdakı cırtdan qalaktikada ulduz çoxluqlarını skan edərkən, kosmik şüa olduğunu düşündüyü kiçik bir xətt gördüklərini və kosmik şüaları aradan qaldırdıqda, qara dəliyin izini tapdıqlarını bildirib.

NASA-nın açıqlamasında qeyd olunub ki, astronomlar bunun bəlkə də 50 milyon il əvvəl qalaktikalardakı üç nəhəng qara dəliyin bir-biri ilə toqquşması zamanı yaranan xaotik və qeyri-sabit konfiqurasiyası nəticəsində birinin bu formasiyadan çölə atılması şəklində yaranmış ola biləcəyinə inanırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti