İnklüziv cəmiyyətdə toksikliyin aradan qaldırılması mövzusunda interaktiv seminar
İştirakçıların təfəkküründə və hərəkətlərində davranış dəyişikliyini gücləndirmək məqsədilə seminarda müxtəliflik, inklüzivlik, qərəzlər, stereotiplər, ayrı-seçkilik və müttəfiqlik kimi mövzular təhlil olunacaq və izah ediləcək.
Seminar çərçivəsində aşağıdakı mövzular əhatə olunacaq:
• Müxtəliflik nədir və niyə önəmlidir?
• Niyə inklüzivlik əlilliyi olan insanlara aid deyil?
• Bilik çatışmazlığı necə ayrı-seçkiliyə çevrilir
• Hazırda ayrı-seçkiliyin hansı növləri və formaları daha geniş yayılmışdır və niyə?
• Cəmiyyətimizdə qərəz və ayrı-seçkilik davranışlarını necə aradan qaldırmaq olar?
• Müttəfiq kimdir və niyə müttəfiq olmağa dəyər?
Tədbir 10 aprel 2023-cü il tarixində keçiriləcək və saat 15:30-da başlayacaq.
Seminarda iştirak ödənişsizdir və iştirak üçün sadəcə keçid vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Seminar Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı birlikdə” proqramı çərçivəsində təşkil edilir.
Seminar “Nomoregringe: “powerbank”” gender qərəzliliyinin aradan qaldırılması üzrə təbliğat və maarifləndirmə kampaniyasının bir hissəsidir. Sözügedən kampaniya yeniyetmələri tolerantlığı qəbul etməyə, ayrı-seçkilik və digər zorakı və zərərli münasibət və davranışların qarşısını almağa sövq edir; kampaniyaya qoşulanlar “Telegram” platformasında 21 gün ərzində interaktiv tapşırıqları yerinə yetirərək qeyd olunan mövzularda nəzəri biliklər əldə edəcəklər.
AzVision.az
Teqlər: Seminar