Macarıstan, Bolqarıstan və Rumıniya Azərbaycandan qaz tədarükünə dair saziş hazırlayır
![Macarıstan, Bolqarıstan və Rumıniya Azərbaycandan qaz tədarükünə dair saziş hazırlayır
Macarıstan, Bolqarıstan və Rumıniya Azərbaycandan qaz tədarükünə dair saziş hazırlayır](https://azvision.az/photos/2023/03/1680197525.jpg)
O, qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışaraq qeyd edib ki, Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.
Siyartonun sözlərinə görə, bu qazın bir hissəsi Türkiyədən keçə bilər artıq konkret detallar üzrə danışıqlar aparılır.
"Əlbəttə ki, Cənub-Şərqi Avropa ölkələrində - Bolqarıstan və Rumıniyada infrastrukturu inkişaf etdirməliyik. Bu məqsədlə gələn ayın sonunda Sofiyada saziş imzalayacağıq", - xarici işlər naziri deyib.
Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Tədarük 25 il üçün nəzərdə tutulub və həcmi 10 milyard kubmetrdən çox olmalıdır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.
AzVision.az
Teqlər: