Rusların 55%-i Çini əsas dost hesab edir -SORĞU
![Rusların 55%-i Çini əsas dost hesab edir -SORĞU Rusların 55%-i Çini əsas dost hesab edir -SORĞU](https://azvision.az/photos/2023/03/1680179244.jpg)
"2014-cü ildən başlayaraq Çin Rusiyanın dost ölkələri reytinqində daim liderlik edir. 2022-ci ildə rusların 55%-i Çinə səs verib. İkinci yerdə Belarusdur- 49%. Bundan başqa, Hindistana - 22, Türkiyəyə - 17, Qazaxıstana - 13% səs verilib. İlk 10-luğu bağlayan ölkə Özbəkistandır - 5%", - Abramov qeyd edib.
Abramovun sözlərinə görə, Rusiya vətəndaşları ABŞ-ı - 76, Ukraynanı - 43, Böyük Britaniyanı - 39%-lə əsas düşmən dövlətlər hesab ediblər. Antireytinqə Baltikyanı ölkələr, həmçinin Fransa, Almaniya və Polşa da daxil edilib.
Tural Tağıyev
AzVision.az