Ermənistan və Yunanıstan hərbi əməkdaşlıq planı imzalayıb
![Ermənistan və Yunanıstan hərbi əməkdaşlıq planı imzalayıb Ermənistan və Yunanıstan hərbi əməkdaşlıq planı imzalayıb](https://azvision.az/photos/2023/03/1680175283.jpg)
Əməkdaşlıq planına 21 tədbir daxildir. Onlardan 15-nin Yunanıstanda, 6-nın Ermənistanda keçirilməsi planlaşdırılır. Proqrama xüsusi təyinatlı qüvvələrin, hava hücumundan müdafiə bölmələrinin birgə təlimi və təcrübə mübadiləsi, kiber bölmələrin, sülhməramlı qüvvələrin təlimi daxildir.
Əməkdaşlığın əsas komponenti həm də iki ölkənin kəşfiyyatı arasında əməkdaşlıq olacaq.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan