Tarixdə ilk: London əsas maliyyə mərkəzi kimi liderliyini itirdi

      Tarixdə ilk:    London əsas maliyyə mərkəzi kimi liderliyini itirdi
  30 Mart 2023    Oxunub:1019
Tarixdə ilk dəfə olaraq Britaniya paytaxtı dünyanın əsas maliyyə mərkəzi kimi yeganə liderliyini itirib və hazırda Nyu-Yorkla rəqabətqabiliyyətliliyə görə birinci yeri bölüşür.
Bu barədə Financial Times qəzeti yazıb. Hər iki şəhər rəqabətqabiliyyətlilik sahəsində 60 bal toplayıb. Eyni zamanda, Londonun indeksi ötən illə müqayisədə bir bənd, Nyu-York isə iki bənd artıb ki, bu da ona Britaniya paytaxtına çatmağa imkan verib. Üçüncü yeri 51 xalla Sinqapur tutub.

London innovasiya, maliyyə miqyası, davamlılıq, biznes infrastrukturu, bacarıqlı maliyyəçilərin cəlb edilməsi və tənzimləmə sahələrində yaxşı performans göstərməyə davam edir. Öz növbəsində, Nyu-York texnologiya sərmayəsi, sövdələşmələr və davamlı maliyyə alətlərinin buraxılışında artıma görə yüksək bal toplayır.

Keçən il Böyük Britaniyanın maliyyə və peşəkar xidmətlər ixracı profisiti rekord həddə 64 milyard funt-sterlinqə (78,8 milyard dollar) çatsa da, İngiltərədəki şirkətlər də daxil olmaqla, getdikcə daha çox şirkət ilkin kütləvi təklifi (IPO) Londonda deyil, Nyu-Yorkda keçirməyə üstünlük verir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti