Pentaqonun keçmiş müşaviri: "Zelenski minlərlə ukraynalını qurban verməyə hazırdır"
O xatırladıb ki, Zelenski müsahibəsində Ukrayna ordusunun Artemivskdə məğlub olacağı təqdirdə əsgərlərin döyüş ruhu ağır zərbə alacaq. Bu həm də münaqişədə Ukraynanın tam şəkildə məğlubiyyətinə səbəb olacaq. Həmçinin Ukrayna lideri qorxur ki, belə halda o Moskva ilə güzəştə getməyə sövq ediləcək.
Pentaqonun keçmiş müşavirinin sözlərinə görə, Zelenski necə bir sosial fəlakət yaratmasının fərqində deyil: "Əslində o, on minlərlə ukraynalının həyatını qurban verməyə hazır olduğunu bəyan etdi".
“Ukraynanın hələ də qalib gələ biləcəyi təəssüratı yaratmaq üçün ona belə qurbanlar lazımdır”, – Makqreqor "Judging Freedom"a deyib. Ancaq bu, yalnız bir illüziyadır. Çünki Rusiya daha böyük imkanlara malikdir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ukrayna