"Macarıstana qaz verilməsinə Azərbaycanla dəstək verməyə hazırıq" - Ərdoğan

   "Macarıstana qaz verilməsinə Azərbaycanla dəstək verməyə hazırıq" -    Ərdoğan
  29 Mart 2023    Oxunub:527
TANAP vasitəsilə Macarıstana qaz verilməsi istiqamətində Azərbaycanla birgə dəstək verməyə hazırıq.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Prezidenti Katalin Novakla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bu məsələdə hədəflərimizə doğru irəliləyirik. Macarıstan prezidenti ilə görüş çərçivəsində, həmçinin, bir sıra gündəm mövzularla bağlı müzakirələr apardıq. Müzakirələrimizin hər birimiz üçün xeyirli olacağını düşünürəm”, - Ərdoğan bildirib.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin bir hissəsidir.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir.

AzVision.az

Teqlər:







Xəbər lenti