"Bayraq onu daşımağa davam edənə təhvil verilməlidir" - Ərdoğan
!["Bayraq onu daşımağa davam edənə təhvil verilməlidir" - Ərdoğan "Bayraq onu daşımağa davam edənə təhvil verilməlidir" - Ərdoğan](https://azvision.az/photos/2023/03/1676484394-1680088239.jpg)
“Üç müddətli qayda və digər səbəblərə görə yeni adlar olacaq, bəzi dostlarımızla (işimizi) davam edəcəyik.
Gün gəlir ki, bayraq istər-istəməz onu daşımağa davam edənə təhvil verilməlidir. Nazirlərimiz mayın 14-dən sonra parlamentdə işlərinə davam edəcəklər. Seçkilərdə qalib gəldikdən sonra kabinetdə yeni simalar təyin edəcəyik”, - deyə Ərdoğan hakim partiyanın iclasında bildirib.
Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib. Prezident seçkilərinin ikinci turu, lazım gələrsə, mayın 28-nə təyin ediləcək.
Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmən ikinci müddətə namizədliyini irəli sürür. Dövlət başçısının əsas rəqibi müxalifətdə təmsil olunan Kamal Kılıçdaroğludur.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: