Surroqat ana körpəsini satmaq istəyərkən saxlanıldı

Surroqat ana körpəsini satmaq istəyərkən saxlanıldı
  29 Mart 2023    Oxunub:820
İspaniya polisi surroqat ananın yeni doğulmuş uşağını övladı olmayan cütlüyə satmaq istəyərkən saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, məlum cinayət işində iştirak edənlərin hamısı məhkəmə qarşısına çıxarılacaq. Qadına 2 min avro ödəyən cütlük də saxlanılıb. Kişi elə xəstəxanada həbs edilib.

Qeyd edək ki, bu cür təcrübə ölkədə 2006-cı ildən qadağan edilib. Ona görə də uşaq sahibi ola bilməyən ispanlar xaricə gedirlər ki, orada surroqat ana tapsınlar. Ukrayna böhranından əvvəl onlar əsasən Ukraynaya səyahət edirdilər. İndi isə digər Şərqi Avropa ölkələrinə maraq artıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İspaniya  





Xəbər lenti