Pentaqon kosmos müharibəsi üçün hazırlıqlara başlayıb

 Pentaqon  kosmos müharibəsi  üçün hazırlıqlara başlayıb
  29 Mart 2023    Oxunub:1026
Pentaqon ABŞ Hərbi Kosmik Qüvvələrinin bu ölkələrdən potensial təhlükələrin artması ilə əlaqədar Rusiya və Çinlə gələcək kosmik münaqişəyə hazırlamağa başlayıb.
Bu barədə “The Wall Street Journal” yazıb. Belə ki, cari ilin mart ayında Ağ Ev ABŞ-ın Hərbi Kosmik Qüvvələrinin üzrə illik büdcəsini maksimum 30 milyard dollara çatdırmaq təşəbbüsü ilə çıxış edib ki, bu da keçən illə müqayisədə təxminən 4 milyard dollar çoxdur. Bundan əlavə, Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələrinin (Dəniz Qüvvələri) büdcəsinin artırılması təklif edilib.

ABŞ Kosmik Qüvvələrinin xərclərinə hərbi qulluqçuların sayının 16 min nəfərə çatdırılması və bütün lazımi avadanlıqların alınması daxildir. Məqalədə bildirilib ki, Pentaqon peykləri sıradan çıxara, hərbi və mülki rabitəni kəsə bilən Çin və Rusiyanın raket və lazer silahlarının yerləşdirilməsindən narahatdır.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:





Xəbər lenti