Şura sədri səfirlə görüşüb
Azay Quliyev Milli Məclisdə üzvü olduğu “hüquq siyasəti və dövlət quruculuğu” komitəsində Aİ ilə Azərbaycan Respublikası arasında imzalanmış “Readmissiya” sazişinin ratfikasiyası məsələsinin MM-in iclasının gündəliyinə salınması haqqında qərar qəbul olunduğunu qeyd edib.
Səfir Malena Mard Azərbaycanda çalışmağından məmnunluğunu bildirərək “Readmissiya” sazişinin imzalanmasının Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu bildirib. Aİ-nın Azərbaycandakı nümayəndəliyi üçün hazırda ölkəmizdə təhsilin inkişafı, qanunun aliliyinin təminatı və regionların inkişafının pioritet sahə olduğunu qeyd edən səfir hər üç istiqamət üzrə vətəndaş cəmiyyəti strukturları ilə əməkdaşlığı vacib hesab etdiklərini qeyd edib.
Səfir Malena Mard eyni zamanda Aİ-nin ölkəmizdə vətəndaş təşəbbüskarlığının dəstəklənməsi və QHT-lərin yaradılması və inkişafının stimullaşdırılmasına da önəm verdiklərini vurğulayıb.
Şura sədri Bakıda və regionlarda QHT-lər üçün Resurs və Təlim Mərkəzlərinin yaradılması, Şuranın təhlil və inkişaf bölməsinin işinin təşkili, ölkə QHT-ləri üçün beynəlxalq standartların hazırlanması, qarşılıqlı maraq doğuran sahələrdə birgə qrant müsabiqələrinin həyata keçirilməsində əməkdaşlıq edə biləcəklərini deyib.
Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri qeyd olunan istiqamətlər üzrə Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə QHT-lərin siyasiləşməsi məsələsinədə toxunulub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Teqlər: