Ermənilər Qarabağda qanunsuz yollar çəkirlər - VİDEO

// Müdafiə Nazirliyi: "Bütün məsuliyyət İrəvanın üzərinə düşür"

 Ermənilər Qarabağda qanunsuz yollar çəkirlər -  VİDEO
  24 Mart 2023    Oxunub:3077
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir.
Qarabağa qanunsuz hərbi daşımalar davam edir - VİDEO
Bu barədə AzVision.az - a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.


Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır.

Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

AzVision.az


Teqlər:   Qarabağ  





Xəbər lenti