Fərruxdan bir il sonra: Fotolar nə göstərir

   Fərruxdan bir il sonra:    Fotolar nə göstərir
  24 Mart 2023    Oxunub:3348
2022-ci ilin mart ayının sonu keçirilən xüsusi əməliyyat nəticəsində Azərbaycan ordusu Ağdam istiqamətində yerləşən və mühüm əhəmiyyət kəsb edən Fərrux platosu (Daşbaşı yüksəkliyi) və Sağsağan dağ silsiləsində bərqərar olaraq, regionun mühüm hidroresurslarına – Xaçın çayının məcrasına və eyniadlı su anbarına nəzarəti bərpa etmiş oldu.

Ordumusuz uğurlu "mövqe dəqiqləşdirməsi" nəticəsində Xocalı rayonunun Fərrux kəndində və ətraf strateji yüksəkliklərdə mövqe qurmuş Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin tör-töküntülərinin bir qismi ərazidən sıxışdırılaraq çıxarıldı, digəri elə yerindəcə məhv edildi.


Nəticə etibarilə Azərbaycan Silahlı Qüvvələri həm Ağdam-Əsgəran-Xocalı, həm də Kəlbəcər istiqamətinə aparan strateji yüksəklik silsilələrini və mühüm yol infrastrukturunu nəzarətə götürərək, hərbi təyinat üçün daha da inkişaf etdirdi. Parallel olaraq, mövqelənmə və istehkam işlərinə start verildi.


Effektiv manevr sayəsində separatçıların ərazi üzrə bütün hərəkətləri məhdudlaşdırılaraq, Fərrux platosuna aparan qısa dağ keçidləri bağlanıldı, mühüm yaşayış məntəqələri istiqamətində isə vizual nəzarət təşkil olundu.


Fotoların köməyilə Fərrux yüksəkliyindən vizual nəzarətimizdə olan istiqamətlərə nəzər salmaq və 24-28 mart 2022-ci ildə keçirilən xüsusi əməliyyatın taktiki və ən əsası, strateji əhəmiyyətini dərk etmək mümkündür. Bu kadrların hər biri Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyük rəmzi, gələcək planlarının təzahürüdür.


Bu materialı da qaçırmayın: Suyun yolu: Xaçınçay anbarını nəzarətə götürməyimizdən bir il keçir – FOTOLAR


Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Qarabağ   Fərrux  





Xəbər lenti