Putinin həbsi üçün İnterpola müraciət olunacaq

   Putinin həbsi üçün İnterpola müraciət olunacaq
  19 Mart 2023    Oxunub:848
“Beynəlxalq Cinayət Məhkəməsi tezliklə İnterpola, eləcə də iştirakçı dövlətlərə müraciət edərək Vladimir Putinin həbsinə dair orderin icrasını xahiş edəcək”.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın ədliyyə naziri Marko Buşman deyib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Almaniyaya səfər edəcəyi təqdirdə bu ölkənin müvafiq qurumu onu həbs etməyə məcbur olacaq.

“Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tezliklə İnterpola, eləcə də iştirakçı dövlətlərə müraciət edərək Vladimir Putinin həbsinə dair orderin icrasını xahiş edəcək. Belə olan halda Putin Almaniya ərazisinə daxil olarsa, onu həbs edib BCM-ə təhvil verməyə borclu olacayıq”, - deyə Buşman bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti