Musa Qurbanlıdan iki qolla iki rekord

   Musa Qurbanlıdan iki qolla iki rekord
  19 Mart 2023    Oxunub:1020
“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının XXVII turunun “Sumqayıt”la oyununda iki qola imza atıb. İyirmi bir yaşlı hücumçu bununla da cari mövsümdə vurduğu topların sayını 20-yə çatdırıb.
AzVision.az Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, gənc forvard bir rekordu yeniləyib, digərinə şərik çıxıb. M.Qurbanlı Premyer Liqanın PFL-in bayrağı altında keçirilməyə başladığı 2008-ci ildən sonra bir mövsümdə ən çox qol vuran azərbaycanlı futbolçu olub. O, 2020-2021-ci il mövsümündə 19 qol vuran Namik Ələskərovun göstəricisini arxada qoyub. Yerli statusa malik futbolçunun ən azı 20 qol vurmasına sonuncu dəfə 2006-2007-ci il mövsümündə təsadüf olunub. Həmin vaxt “Xəzər Lənkəran”ın hücumçusu Zaur Ramazanov 20 dəfə fərqlənib.

M.Qurbanlı həm də “Qarabağ”ın tarixində bir mövsümdə ən çox qol vuran azərbaycanlı oyunçu adına şərik çıxıb. O, 2003-2004-cü il mövsümündə 20 dəfə fərqlənən Samir Musayevə çatıb. Hücumçunu klub tarixinin mütləq rekordçusu Reynaldodan 2 top ayırır.

AzVision.az


Teqlər:





Xəbər lenti