Kramatorsk raket atəşinə tutulub, ölən və yaralananlar var
![Kramatorsk raket atəşinə tutulub, ölən və yaralananlar var Kramatorsk raket atəşinə tutulub, ölən və yaralananlar var](https://azvision.az/photos/2023/03/kram-1679161905.jpg)
"Rusiya terroru davam etdirir. Kramatorskın kaset bombalarından atəşə tutulmasının nəticələri - 2 nəfər həlak olub, 8 nəfər (üçü ağır olmaqla-red) yaralanıb", - məlumatda deyilir.
Qonçarenko qeyd edib ki, Rusiya hərbçiləri Bernatski bağını və iki kommunal müəssisənin ərazisini atəşə tutublar. İlkin məlumata görə, onlarla yaşayış binası və 14 kommunal texnikaya ziyan dəyib.
AzVision.az
Teqlər: Ukrayna Kramatorsk