Pakistan polisi İmran Xanın iqamətgahına hücum edib

Pakistan polisi İmran Xanın iqamətgahına hücum edib
  18 Mart 2023    Oxunub:829
Pəncab əyalətinin polis qüvvələri buldozerin köməyi ilə darvazanı qıraraq Pakistanın sabiq baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xanın Lahordakı iqamətgahına daxil olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarında İmran Xan tərəfdarlarının iqamətgah ərazisində qurduqları çadır düşərgələrini sökməyə başlayıb.

Müxalif fəallar odlu silahdan və yandırıcı vasitələrdən istifadə edərək polisə müqavimət göstərir. İqamətgahın ərazisində yerləşən binada toqquşmalar davam edir. Polis sabiq baş nazirin 20-dən çox tərəfdarını həbs edib.

İslamabad dairə məhkəməsinin iclasında ifadə verməyə gedən İmran Xan polisin bu hərəkətini sərt şəkildə pisləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti