Paşinyan ermənilərin Azərbaycanın bütün rayonlarına qayıtmasını tələb edir
![Paşinyan ermənilərin Azərbaycanın bütün rayonlarına qayıtmasını tələb edir Paşinyan ermənilərin Azərbaycanın bütün rayonlarına qayıtmasını tələb edir](https://azvision.az/photos/2023/03/ghjghjhgjghjghj-1678954564.jpg)
O iddia edib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 7-ci bəndi yerinə yetirilmir. İrəvan iddia edir ki, ermənilər xüsusən də Hadrutla Şuşaya gəlib yenidən yaşamalıdırlar.
Paşinyan bir qədər də irəli gedərək həddi aşan fikirlər sələndirib. O qeyd edib ki, Bakı, Şirvan, Sumqayıt, Gəncə, Xanlar, Şəmkir, Naxçıvan və Azərbaycanın digər rayonlarında yaşamış ermənilər də guya eyni məsələ ilə bağlı hökumətə müraciət edirlər.
"Onlar şikayət edirlər ki, biz onların sülhməramlıların müşayiəti ilə öz evlərinə qayıtması məsələsini qaldırmırıq. Bəyanatın 7-ci bəndi yalnız Qarabağa və ona bitişik rayonlara aiddir. Lakin bu, həmin rayonlardan olan və öz mülkiyyət hüquqlarını beynəlxalq instansiyalarda təqdim edən ermənilərin təşkilatlanmasına mane olmur”, - Paşinyan vurğulayıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Paşinyan