Gələcəyə aparan SABAH

Gələcəyə aparan SABAH
  21 May 2014    Oxunub:2348
Gəncə Dövlət Universitetinin akt zalı. Universitet tələbələri, müəllimlər, jurnalistlər… Təhsil Nazirliyi növbəti universitetdə SABAH qruplarının təqdimatını keçirir. Məlum olduğu kimi SABAH , Savadlı, Bacarlıq, Hazırqlı tələbə - qrupları Təhsil Nazirliyinin yeni layihəsidir.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusubov qısa məlumat verəndən sonra Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Priyev SABAH haqqında danışır. Onun sözlərinə görə, SABAH-a 30-dan artıq universitetin 20 minə yaxın tələbəsi qatılacaq.

Nazirliyin sektor müdiri Sülhəddin Gözəlov vurğuladı ki, 8 baza-universitetdə yaranacaq bu qruplarda tələbələr 53 ixtisas qrupunda təmsil olunacaq:“Bu ixtisaslara iqtisadiyyat və ölkə üçün prioritet ixtisaslar - sənaye, təhsil və digərləri daxildir. İlk olaraq növbəti tədris ilində 1300 tələbə II kursdan SABAH qruplarında təhsil ala biləcək. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaq.

“SABAH” qrupunun tələbələri üçün həm tədris fərqli olacaq, həm də əlavə imkanlar yaradılacaq. Bu gün ali məktəblərinin yataqxanası yoxdur”.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bildirib ki, tələbələr layihənin saytında qeydiyyatdan keçməlidirlər: “Sonra isə imtahan mərhələsindən keçib “SABAH”ın tələbəsi ola bilərlər. Öncə məhdudiyyət qolumuşdu ki, əvvəl dövlət ali təhsil müəssisələri indi isə həm dövlət, həm də özəl ali təhsil müssəsiələrinin tələbələləri bura qatıla bilər”.

SABAH qruplarının üstünlüyü nədir?

Bu qrupların əhəmiyyəti ilk növbədə ondan ibarətdir ki, burada seçilmişlər oxuyacaq. Yəni, başqa sözlə desək, rəqabət daha da güclü olacaq. Digər tərəfdən isə ali təhsil müəssisəsini bitirəndə onların SABAH məzunu olduğu diplomlarında qeyd ediləcək. bu da işə götürülən zaman onlara üstünlük verilməsinə imkan verəcək. Artıq tədbir bitir və bayaqdan layihə haqqında məlumatları dinləyən tələbələrəlrin fikrini öyrənriik. Gəncə Dövlət Universitetinin Riyaziyyat İnformatika fakultəsinin I kurs tələbəsi Ülviyyə Məmmədli deyir ki, bu layihə tələbələrin inkişafına təkan verəcək: “SABAH-ın tələbələrin gələcəyindən müəyyən qədər rolu var, çünki orada sırf təhsil verilir və adi tələbələrdən kifayət qədər seçilirilər. Özümün aldığım qiymətlərə gəlincə keçən semestr bütün fənnlərdən almışam, bu semestrin imtahanlarına isə hazırlaşıram. Ümumilikdə layihəni çox yüksək qiymətləndirirəm. layihənin saytına daxil olub qeydiyyatdan keçəcəm”.

Azərbaycan Texnologiya Universiteti, Ekologiya mühəndisliyi fakultəsinin I kurs tələbəsi Şəhriyar Babayev də layihə haqqında yüksək fikirdədir. Şəhriyar deyir ki, aldığı qiymətlər normaldır və o da SABAH-a qatılmaq üçün imtahanlarda iştirak etmək istəyir: “Yaxşı mütəxəssis olmaq üçün SABAH-a seçilmək istəyirəm. Universitetin xaricdə oxumağa hazırlaşan tələbələri də SABAH-ın tələbələr üçün əhəmiyyətindən danışdı.

Biologiya ixtisası üzrə 3-cü kursda təhsil alan Zərxanım Ağayeva deyir ki, bu, çox uğurlu layihədir: “I kurs tələbələrinə məsləhət görərdim ki, buna qoşulsunlar. Çünki həm ixtisas artırmaq, həm də xaricdə təhsil almaq imkanları baxımdan yaxşı layihədir”.

Xaricdə təhsilə gəlincə isə, Zərxanım deyib ki, “Erasmus” tələbə mübadiləsi proqramı vasitəsilə Finlandiyanın Turku Universitetində 1 il təhsil alacaq”.

GDO-nun xaricdə təhsil alan tələbələrindən danışarkən prorektor Pərvin Kərimzadə də vurğualyıb ki, təkcə tələbələr yox, müəllimlər də xarici ölkə universitetlərində kurs keçiblər: “Universitetimizdə 575 pedaqoq çalışır. 5024 tələbə təhsil alır. Son dörd ay ərzində bizim iki müəllimimiz Portuqaliya,

Hollandiya və Polşa universitetlərində “Tempus” layihəsi əsasında xüsusi kurs keçiblər. Eyni zamanda, hər il əgər “erasmus” proqramı ilə xaricə 2-3 nəfər tələbə yola salırdıqsa, bu il onların sayı 9 nəfər olub. “Mövlanə” ilə Türkiyəyə gedən tələbələrimizin isə sayı 100-ə yaxındır”. Hazırda tərcümə ixtisası üzrə II kursda təhsil alan Talıb Məhərrəmov da deyir ki, SABAH-lın gələcəkdə tələbələr və peşəkar kadrların yetişməsi üçün böyük rolu olacaq: “SABAH qruplarına görə I kursları çox qısqandım. Onların əlində yaxşı şans var və bunu dəyərləndirməklərini məsləhət görürəm. Bu layihənin təhsilimizə də xeyri olacaq. Düzdür, hələ başlanğıcdır, amma gələcəkdə xeyli uğurlu olacaq”.

Qeyd edək ki, Talıb İtaliyanın Venesiya şəhərində bir il təhsil alacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti