Qazaxıstan Aİ-yə neft tədarükü ilə bağlı problemlərlə üzləşib

   Qazaxıstan Aİ-yə neft tədarükü ilə bağlı problemlərlə üzləşib
  08 Mart 2023    Oxunub:721
Qazaxıstan Avropa enerji bazarında Rusiya xammalının itirilmiş həcmlərini kompensasiya etmək istərkən daxili bazarda neft qıtlığı problemi ilə üzləşib. Astana “Drujba” kəməri ilə avropalı tərəfdaşlarını təmin etmək üçün kifayət qədər yanacaq tapa bilməyib.
Bu barədə “Bloomberg” “Kaztransoil” dövlət operatorunun statistik məlumatlarına istinadən xəbər verib. Qeyd olunub ki, Qazaxıstan Rusiyanın "Drujba" boru kəməri sistemi vasitəsilə Avropanın tədarükə olan tələbatını ödəmək üçün kifayət qədər xam neft tapmaqda çətinlik çəkir. Almaniya bu rübdə ümumilikdə 40 min ton Qazaxıstan neftini tədarük etməlidir. Bu, ilkin planlaşdırılandan demək olar ki, 90% azdır.

Bundan əlavə, qazaxıstanlı xammal istehsalçıları ehtiyat edirlər ki, “Drujba” vasitəsilə ixrac digər istiqamətlərdə olduğu kimi sərfəli olmayacaq. Bu səbəbdən onlar hələlik avropalı tərəfdaşların ehtiyaclarını ödəmək üçün tədarük həcmini kəskin şəkildə artırmağa tələsmirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti