`Mədəniyyət` kanalı başsız qalıb

`Mədəniyyət` kanalı başsız qalıb
  21 May 2014    Oxunub:1146
“Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” kanalına bir ildən artıqdır ki, direktor təyinatı həyata keçirilməyib.
Kanala rəhbərlik edən Cəmil Quliyev ötən ilin aprelindən İctimai Televiziyaya rəhbərlik edir.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Lent.az-a açıqlamasında bildirib ki, hələlik kanala rəhbər təyin edilməyib: “Direktorun vəzifəsini isə hazırda müavinlər (İlham Rəhimli və Nadir Axundov) icra edir”.

Kanala direktor təyinatının gecikməsinə gəlincə, “Bu bizdən asılı olan məsələ deyil. Təyinat olursa, mətbuata məlumat veriləcək”-deyə, X. Qasımova əlavə edib.


Teqlər:





Xəbər lenti