Gültəkin Hacıbəyli keçmiş əri ilə məhkəmədə görüşdü
G.Hacıbəyli isə oğlunun atası ilə görüşməsinə qadağan qoyulmasını tələb edib. Lakin hakim tələbi yerinə yetirməyib.
Mahmud Mehdiyev isə virtualaz.org saytına bildirdi ki, qərar veriləndən sonra 9 yaşlı oğlu ilə heç bir problem olmadan görüşə biləcək: “Artıq oğlumla görüşməyimə heç kim mane ola bilməyəcək. Qərar qüvvəyə minəndən sonra onunla sərbəst görüşə biləcəyəm”.
Qeyd edək ki, sabiq deputat oğlunun atası ilə görüşməsini övladının əlindən alınması kimi qiymətləndirib və geniş ictimai kampaniya başlamağa çalışıb. G.Hacıbəyli bu vaxtadək oğlunun atası ilə görüşməsinə hər vəchlə mane olmağa da çalışıb. Ona görə də son məhkəmə qərarının sabiq deputatdan ötrü heç də “yaxşı nəticə” olmadığı özlüyündə də aydındır.
Virtualaz.org